Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

XARİCİ SİYASƏT 27 sen 2022, 14:59
Azərbaycanın Bosniya və Herseqovinadakı yeni səfiri Vilayət Quliyev etimadnaməsini bu ölkənin Rəyasət Heyətinin sədri Şefik Caferoviçə təqdim edib.

Demokrat.az
xəbər verir ki, bunu diplomat özü bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncam ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top