İranda tələbələr dərsə gəlməkdən imtina etdilər

REGİON 26 sen 2022, 20:36
İranda 18 universitetin tələbələri dərsə gəlməkdən imtina etdiklərini açıqlayıblar.

 İran İnsan Hüquqları Təşkilatının hesabatında tətillərin Tehran, Təbriz, Gilan, Əhvaz, Məşhəd və Qəzvin şəhərlərindəki 18 universiteti əhatə etdiyi bildirilir.

Məlumatlara görə, tətilə qoşulan ali məktəblərin sayı artır.

Tələbələr təhlükəsizlik qüvvələrinin zorakı davranışı, etirazçı tələbələrin həbsi və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top