Şəhid ailəsinin qaz problemi həll edildi

SOSİAL 26 sen 2022, 17:43
4 günlük Vətən müharibəsində soyadından söz etdirməyi bacaran Sahratovlar ailəsinin SOCAR “Azəriqaz” İB-yə etdiyi müraciətin həlli özünü çox gözlətməyib.

Qurumdan Demokrat.az-a verilən məlumata görə, Şəhid gizir Cavid Sahratovun qardaşı Səbuhi Sahratlının istəyi əsasında fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.

Qeyd edək ki, Yardımlı rayonunda yaşayan Sahratovlar ailəsinin hər iki üzvü Vətən müharibəsində iştirak edib. Gizir Cavid Sahratov qəhrəmancasına şəhid olub. Səbuhi isə qardaşının döyüş yolunu layiqincə davam etdirməyi bacarıb və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Daha ətraflı:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top