Ukraynadan ərzaq daşıyan gəmilər İsrail və Türkiyəyə çatdı

DÜNYA 22 sen 2022, 23:16
Ukraynadan 65 min ton qarğıdalı daşıyan "Yasa Team" gəmisi İsrailin Hayfa şəhərinə çatıb.

Bu barədə "Marine Traffiс" servisindən bildirilib.

Məlumata görə, "Yasa Team" gəmisi İsrail limanından təxminən dörd dəniz milində lövbər salıb. Bundan əlavə, 5,5 min ton buğda daşıyan "T-Med" gəmisi Türkiyənin Samsun şəhərinə gəlib. 27 min ton buğda daşıyan "Glory Dina" quru yükdaşıyıcısı da Türkiyədə təyinat yerinə çatdı, gəmi İskəndərun limanı yaxınlığında lövbər salıb.

Bundan əlavə, 6,3 min ton günəbaxan yağı daşıyan "Ata Ocean" gəmisi Türkiyə sahillərinə çatıb və Dörtyol şəhərindən təxminən iki dəniz mili aralıda lövbər salıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top