İran Prezidenti başı açıq olan qadın jurnalistə müsahibə vermədi

GÜNDƏM 22 sen 2022, 22:06
Nyu-Yorkda BMT-nin 77-ci sessiyasında iştirak edən İran Prezidenti İbrahim Rəisi CNN televiziyasına müsahibə verməkdən imtina edib.

Bu barədə kanalın müxbiri Kristina Amanpur Tviter səhifəsində yazıb. O bildirib ki, müsahibə üçün əvvəlcədən razılıq əldə olunsa da, Prezident İbrahim Rəisi müsahibə verməkdən imtina edib. İran Prezidenti CNN-nin müxbiri Kristina Amanpura başının bağlı olması şərtini irəli sürüb.

Lakin jurnalist başını örtmək istəməyib. Bu səbəbdən də İbrahim Rəisi müsahibə vermək istəməyib./qafqazinfo.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top