Bakı-Sumqayıt yolundakı dəhşətli “Prius” qəzasında ölənlərin ADLARI — YENİLƏNİB (VİDEO)

HADİSƏ 19 sentyabr 2022, 11:10

Bakıda ağır yol-nəqliyyat hadisəsində ölən şəxslərin adları məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bunlar “Toyota Prius” markalı avtomobilinin sürücüsü Nəbiyev Anar Eldar oğlu və onun sərnişini Məmmədova Mahirə Mahir qızıdır.

Hazırda araşdırma aparılır.



10:48

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su daşıyan “KamAZ”a çırpılıb.

Hadisə nəticəsində “Prius”un sürücüsü və sərnişini vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top