"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

SOSİAL 17 sentyabr 2022, 14:19
Növbəti həftə (19-22 sentyabr tarixləri) daha 4 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Demokrat.az
xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Ağdaş rayonunda (Habil Əliyev adına musiqi məktəbi), 2-ci günü saat 15:00-dan 16:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək Balakən rayonunda (Heydər Əliyev Mərkəzi) isə baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 16:37
Top