Çində dəhşətli yanğın — 42 mərtəbəli bina külə döndü (VİDEO)

DÜNYA 16 sentyabr 2022, 16:28
Çinin Çanşa şəhərində “China Telecom” şirkətinin binasında güclü yanğın baş verib.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə 300 yanğınsöndürən və 40 texnika cəlb olunub. 

Məlumata görə, alovlar 42 mərtəbəli binanın 10 mərtəbəsini tam əhatə edib. Hazırda xilasedicilər binadan insanları təxliyə etməyə çalışır. 

Qeyd edək ki, binanın hündürlüyü 218 metrdir və 2000-ci ildə inşa olunub. /qafqazinfo


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top