Birlik Partiyası bəyanat yaydı

SİYASƏT 15 sentyabr 2022, 12:00
Hər zaman əldə edilən razılaşamaları kobud şəkildə pozan, Azərbaycanın xoşməramlı davranışlarına təxribatlarla cavab verən Ermənistan ordusu yenə də öz ampluasındadır. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törətməsi rəsmi İrəvanın öz öhdəliklərindən yayınmaq cəhdidir.

Eyni zamanda Ermənistan hakimiyyəti daxildəki problemlərdən əhalinin diqqətini yayındırmaq üçün müntəzəm olaraq belə təxribatlara, diversiya fəaliyyətlərinə əl atır.

44 günlük müharibədə, “Qisas” əməliyyatında aldığı zərbələrdən sonra sülhə can atmaq, sabitliyi qorumaq əvəzinə rəsmi İrəvan Azərbaycan ordusunun mövqelərinə, mülki şəxslərinə hücumlar həyata keçirir.

Laçın və Kəlbəcərdə yenidən minalar basıdrmağa cəhd etmək Ermənistanın rəzil bir durumda olduğunu, öhdəlik və razılaşmaları heçə saydığını göstərir.

Birlik Partiyası olaraq Ermənistan hakimiyyətini, onun təxribatlarına biganəlik nümayiş etdirən dövlətləri və beynəlxalq təşkilatları şiddətlə qınayırıq. Erməni təxribatının qarşısını qəhrəmanlıqla alan Azərbaycan Ordusunun, Dövlətinin, xalqının yanında olduğumuzu bəyan edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top