“Məqsəd Rusiyanın hərbi hissələrini Azərbaycan-Ermənistan sərhəddində yerləşdirməkdir”— ŞOK AÇIQLAMA

GÜNDƏM 14 sen 2022, 19:22
“Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməkdən başqa yolu yoxdur”

Bu sözləri Demokrat.az-a politoloq Yusif Bağırzadə Ermənistanın son təxribatları və baş vermis toqquşmalarla bağlı danışarkən deyib. Politoloq bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsinin və sonrasında yaşanan toqquşmaların məsuliyyətini birmənalı olaraq rəsmi İrəvan daşıyır:

“Bu, Ermənistanın sülh prosesindən hər vasitə ilə uzaqlaşmaq niyyətində olduğunun göstəricisidir. Belə ki, iki ölkə arasında baş verən 44 günlük müharibədən keçən iki ilə yaxın dövr ərzində Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında imzaladıqları sənədlər, eləcə də Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən 4 görüşdə əldə edilmiş razılaşmalar və imzalanmış bəyanatlar birmənalı olaraq tərəflərin üzərinə konkret öhdəliklər qoyub. Azərbaycan tərəfi olaraq biz üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirmişik. Lakin Ermənistan tərəfi hələ də Azərbaycan ərazilərindən erməni hərbi birləşmələrinin çıxarılması, nəqliyyat komunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiya və demorkasiyası ilə bağlı tədbirlərin yerinə yetirilməsi kimi öhdəliklərini yerinə yetirməyib”. 

“Azərbaycan və Ermənistan liderlərinin 31 avqust tarixində Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşündə isə bu ayın sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişinin mətninin tərtibi ilə bağlı görüş keçirilməsi ilə bağlı bəyanat imzalanmışdır. Odur ki, gözlənilən tarixə 15 gün qalmış Ermənistan tərəfindən Azərbaycanın dövlət sərhəddinin pozulması və baş vermiş təxribatlar heç bir halda təsadüfi sayıla bilməz. Paşinyanın Brüssel səfərindən sonra Rusiyaya getməsi və V. Putinlə keçirdiyi görüşlərin ardından son bir neçə gündə Azərbaycanın dövlər sərhəddi istiqamətində yerləşən bölmələrimizin Ermənistan tərəfindən atəşə tutulması və döyüşlə nəticələnən son təxribarların da məhz ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə nümayəndəsi F. Rikerin Azərbaycan səfəri günündə baş verməsi də heç bir halda təsadüfi ola bilməz. Görünən odur ki, sülh prosesini diplomatik yollarla uzatmaq mümkün olmadığından Ermənistan prosesi ləngitmək üçün sərhəddə təxribat variantını seçmişdir”, - deyə politoloq vurğulayıb.

Y.Bağırzadə əlavə edib ki, baş verən toqquşmaların ilk dəqiqəsindən etibarən Ermənistanın dəstək üçün KTMT-yə, yəni dolayısı ilə Rusiyaya müraciət etməsi də bir çox mətləblərdən xəbər verir:

“Məqsəd KTMT bayrağı aıtında Rusiyanın hərbi hissələrini Azərbaycan-Ermənistan sərhəddində yerləşdirmək, eləcə də artıq bölgədə olan Rusiya sülhməramlılarının ərazilərimizdə qalma müddətinin uzadılmasından ibarətdir. Proseslərin necə gedəcəyi tam olaraq Ermənistan rəhbərliyindən asılıdır. Ermənistanın baş naziri razılaşmaların pozulması üzrə destruktiv addımlar atmaqda davam etsə, Azərbaycanın cavabı özünü çox gözlətməyəcəkdir. Odur ki, Ermənistana ümid verən qüvvələr İrəvanı inandırmalıdırlar ki, götürülmüş öhdəliklərin icra edilməməsi Ermənistanın əvvəlkindən daha ağır şərtlərlə qarşılaşmasına səbəb olacaqdır”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top