Çinin 42 döyüş təyyarəsi Tayvana yaxınlaşdı

DÜNYA 11 sen 2022, 16:38
Çinin 42 döyüş təyyarəsi Tayvana yaxınlaşıb. Qırıcılar ərazidə bir sıra manevrlər həyata keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, son 24 saat ərzində adaya bitişik bölgəyə Çin Hərbi Hava Qüvvələrinə məxsus 42 təyyarə düşüb. Tayvan hərbçiləri isə öz növbəsində hava patrulunu qaldırıb və zenit-raket sistemlərini yerləşdiriblər.

Qeyd edək ki, Çinin Tayvan ətrafında hərbi fəaliyyəti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustda adaya səfərindən sonra güclənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top