“Qarabağ” dünya reytinqində “Fənərbağça” ilə eyni sırada...

İDMAN 11 sen 2022, 14:03
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Demokrat.az
xəbər verir ki, 304 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb. 

Aktivində 131 xal olan "köhlən atlar" ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə qərarlaşıb. Ölkə çempionu Türkiyənin "Fənərbağça", Kolumbiyanın "Atletiko Nasyonal" və Belçikanın "Brügge" klubları ilə eyni xala malikdir.

İlk "3-lük"də 305 xalla "Palmeyras", 303 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 293 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top