Cəlilabadda istehsalat sexi yandı

HADİSƏ 10 sen 2022, 20:13
Cəlilabadda yanğın hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, yanğın Cavad xan küçəsində yerləşən 1982-ci il təvəllüdlü Rauf Məmmədova məxsus birmərtəbəli günəbaxan tumlarının istehsalı sexində qeydə alınıb.
Yanğın hadisə yerinə cəlb olunan Cəlilabad rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və əməkdaşları tərəfindən söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 360 kvadratmetr olan sexin yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 120 kvadratmetr sahədə yanıb.
Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top