Deputat: "Media resurslarından istifadə etmədən gənclər siyasətində nəticə əldə etmək olmaz"

BİZNES 10 sen 2022, 17:52
"Media resurslarından səmərəli istifadə etmədən gənclər siyasətində gözlənilən nəticəni əldə etmək olmaz və bu baxımdan vahid informasiya məkanını yaratmaq çox effektivdir".

Demokrat.az
xəbər verir ki, bunu bu gün Həştərxanda keçirilən "Xəzər Mediası. Gəncliyin ölçüsü" beynəlxalq media forumu çərçivəsində “Xəzəryanı ölkələrin gənclər siyasətində medianın rolu” panelində çıxışı zamanı Azərbaycan Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşir oğlu bildirib.

O deyib ki, bu forum Xəzəryanı və qonşu ölkələr arasında daha sıx əlaqələrin qurulması, dost münasibətlərin möhkəmlənməsi baxımından olduqca effektiv bir tədbirdir:

“Media sahəsində effektiv əməkdaşlıq təkcə bu sahədə deyil, əlaqəli başqa sferalarda da unikal imkanlar yaradır. Müasir dünyada media gənclər siyasətində mühüm rol oynayır. Belə ki, bütün sahələrdə olduğu kimi, gənclər siyasətində də hərəkətverici qüvvə məhz media tələbatı hesab olunur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top