"Evdə ailəsinin namusundan bixəbər olanlar sosial şəbəkədə "qeyrət ağacı"na çevriliblər" — Afaq Aslan

ŞOU-BİZNES 08 sen 2022, 17:18
Müğənni Afaq Aslan onu təhqir edənlərə cavab verib.

Demokrat.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan ifaçı belə insanlara sərt mesaj göndərib:

“Görəsən, səhifələrdəki xəbərlərin altına məşhurların ünvanına təhqir yazanların öz ailələrindən yaxud evdəkilərindən – arvadından, uşağından, bacısından xəbəri varmı? Bax, bu sual mənim üçün çox maraqlıdır. Evdə ailəsinin namusundan, qeyrətindən bixəbər olanların hamısı sosial şəbəkələrdə nədənsə namus, qeyrət ağacına çevriliblər. Çünki başı ailəsinin qeyrət, namusunu çəkməyə qarışan insanların girib sosial şəbəkələrdə başqalarının ünvanına tənqid, təhqir yazmağa zamanı olmaz!”

Qeyd edək ki, A.Aslan ötən il Dubaya köçüb. Onun əmirlikdə biznesmenlə nişanlandığı barədə məlumatlar yayılıb. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top