Partiya sədri: “Qanun-qayda bizim üçün ikinci dərəcəlidir”

SİYASƏT 03 sen 2022, 10:50
“Azərbaycanda konstitusiya və qanunların hüquqi gücü kifayət qədər zəifdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ölkəmizdə bəzi məmurların, vəzifəli şəxslərin özbaşınalığından danışarkən deyib. Partiya sədri bildirib ki, ölkədə qanunun işlənməsinə nəzarət edən orqanlar demək olar ki, fəaliyyətsizdir:

“Bu da müəyyən imtiyazlı adamların qanunazidd fəaliyyətlərinə yol açır. Əsas problem Azərbaycanda vətəndaşlarda, eləcə də məmurlarda qanunçuluq şüurunun olmamasıdır. Yəni, biz heç bir şeyi normativ düşünə bilmirik. Ona görə də, qanun-qayda bizim üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir. Əksinə baxsan, bu gün cəmiyyətimizin problemlərinin böyük əksəriyyəti məhz qanuna hörmətsizliklə, qanunun işləməməsi ilə bağlıdır”.  

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top