Binəqədidə yüksək gərginlikli elektrik xəttinin dirəyi aşdı, yanğın oldu — FOTO

HADİSƏ 02 sen 2022, 21:27
Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, yanğına səbəb yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirəyin aşması olub.

Hadisə Binəqədi qəsəbəsinin Birinci Mədən adlanan ərazisində qeydə alınıb.

Ətrafda yaşayış evlərinin olduğu boş otluq sahə alışıb. Bir müddət əraziyə giriş-çıxış mümkün olmayıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top