Məktəbli qızı döydüyü iddia olunan direktor işdən çıxarıldı

GÜNDƏM 02 sen 2022, 18:40
 Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, direktor Çinarə Atayeva vəzifəsindən azad edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat saytımıza təsdiq edilib. 

Bildirilib ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biri Oxu.Az-a müraciət edərək direktorun onun qızına işgəncə verməsi və müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət ünvanlamışdı. Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilmişdi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top