Xırdalanda yaşayış binasında partlayış baş verdi — YENİLƏNİB+VİDEO

HADİSƏ 01 sen 2022, 23:40
AAAF Park yaşayış kompleksində partlayış baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

AAAF Park Yaşayış Kompleksinə məxsus elektrik lövhəsində əvvəlcə tüstülənmə baş verib. Daha sonra partlayışla müşahidə edilən yanğın qeydə alınıb.

Yanğının qarşısı alınıb. Kompleksə müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda yaşayış binalarında elektrik təchizatının bərpası istiqamətində iş aparılır.

23-16
Xırdalanda AAAF Park yaşayış Kompleksində yaşayış binalarının birində partlayış olub.


“Qafqazinfo” xəbər verir ki, partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. 

Partlayışdan sonra yanğın başlayıb. 
​​​​​​​



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top