Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib

SOSİAL 01 sen 2022, 18:08
Sentyabrın 1-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib.

Görüşdə ÜGT-nin Regional Ofisi tərəfindən son illərdə aparılan işlər, həyata keçirilən layihələr, eləcə də üzv dövlətlərin gömrük xidmətləri üçün təşkil edilən təlimlər barədə məlumat verilib.

Öz növbəsində ölkəmizdə gömrük işinin səmərəliliyinin, prosedurların rasionallığının təmin olunması, şəffaflığın artırılması, gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində xüsusi Fəaliyyət Proqramının hazırlandığını vurğulayan Şahin Bağırov ÜGT-nin alətlərindən, tövsiyələrindən davamlı istifadə olunmaqla gömrük xidmətinin fəaliyyətinin müasir çağırışlara uyğun şəkildə qurulması sahəsində yeni addımlar barədə məlumatları diqqətə çatdırıb. Həmçinin gömrük işində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını, region ölkələri ilə ofis arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edərək Regional Ofisin rəhbəri, Türkiyə gömrük xidmətinin nümayəndəsi Əsər Çəngələ fəaliyyət müddətinin bitməsinə və gördüyü işlərə görə Dövlət Gömrük Komitəsi adından minnətdarlığını bildirib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top