İtkin düşmüş yeniyetmə bacılar tapıldı — YENİLƏNDİ

HADİSƏ 31 avq 2022, 10:14
Bakıda itkin düşmüş yeniyetmə bacılar tapılıb.

"Report"un məlumatına görə, onlar yaşadıqları ünvana qeri qayıdıblar.

Məlum olub ki, 13 və 14 yaşlı bacılar ailə üzvlərinə getdikləri ünvan barədə məlumat vermədən evi tərk ediblər.

Hazırda onların vəziyyəti normaldır.

xxx

Bakıda yeniyetmə bacılar itkin düşüb.

Demokrat.az Report-a istinadən xəbər verir ki, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top