"İstərdik ki, inşallah gələcəkdə də “Teknofest” Azərbaycanda keçirilsin" — Bayraktar

SOSİAL 30 avq 2022, 19:13
"Azərbaycanda keçirilən "Teknofest” gözləntilərimizdən daha yüksək olub".

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin "Baykar Savunma” şirkətinin texniki direktoru, "Bayrakdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Azərbaycandan olan jurnalislərə açıqlamasında deyib.

S.Bayraktarın sözlərinə görə, növbəti illərdə də Azərbaycanda eyni festival keçirilə bilər: "Festivalın yüksək səviyyədə təşkili yaxşı gündə də, pis gündə də bir-birimizin yanındayıq mesajını bir daha verdi. Biz Azərbaycandan olan qardaşlarımızdan belə yüksək diqqəti görməyə çox xoş oldu. İstərdik ki, inşallah gələcəkdə də "Teknofest” Azərbaycanda keçirilsin".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top