Ramanada mazutluq sahədə yanğın söndürüldü — YENİLƏNİB/VİDEO

HADİSƏ 28 avq 2022, 14:20
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq və məişət tullantıları ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Demokrat.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanğınla bağlı əlavə məlumat veriləcək.


***13:43


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq sahə və məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Demokrat.az
xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top