İranda PUA-ların iştirakı ilə təlim keçiriləcək

REGİON 24 avq 2022, 00:10
İranda 24 avqustda pilotsuz uçuş aparatlarının iştirakı ilə hərbi təlim keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, İsfahan əyalətinin Ənarək bölgəsində keçiriləcək təlimdə müxtəlif hərbi bazalardan 150-dən çox PUA iştirak edəcək.

Təlimlər 1000 kilometrə qədər məsafəni əhatə edəcək.

Manevrlərdə düşmən təyyarələrini aşkarlayan “Omid” antiradar pilotsuz təyyarəsi də iştirak edəcək.

Təlimdə məqsəd pilotsuz təyyarələrin döyüş qabiliyyətini yoxlamaq və onlara qarşı mübarizə sistemlərini qiymətləndirməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top