BNA: “98 avtobusun hərəkət intervalında gecikmələr var”

İNFRASTRUKTUR 23 avq 2022, 09:22
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 34 müntəzəm marşrut xətti üzrə 98 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Demokrat.az-a Bakı Nəqliyyatı Agentliyindən (BNA) məlumat verilib.

1.Bakı-Sumqayıt şossesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 8-15 dəqiqə gecikmə müşahidə olunur.

2.Zabrat şosesi-şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

3.Binəqədi şossesi – Azadlıq metro stansiyası istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.

4.Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top