Maksim Şevçenko Darya Duqinanın qətlindən yazdı: “Atasını Türkiyədə hamı sevir”

DÜNYA 21 avq 2022, 18:43
Politoloq və jurnalist Maksim Şevçenko məşhur rus filosofu Aleksandr Duqinin qızı Darya Duqinanın ölümü ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, o, düşüncələrini özünün Tvitter hesabında yazıb.

Şevçenko hesab edir ki, çoxlarının düşündüyü kimi hədəf məhz atası olub:

"Darya Duqina sonsuz sevgi ilə ata və anasını sevən bir qız idi. O, özünü fəlsəfəyə həsr etmişdi. Bir neçə dildə sərbəst danışırdı, Avropa və rus ədəbiyyatını yaxşı bilirdi.
Atası kimi ürəyini, həyatını və sonda canını Avrasiyaçılığa bağışladı. 

İstisna etmirəm ki, məqsəd məhz bu olub. Hücumun nəticələri diqqətlə düşünülüb.
Axmaq qatillər elə başa düşürdülər ki, Duqinin özünü öldürməklə müqəddəs bir əzabkeş, çoxlarını hərəkətə gətirəcək bir filosof obrazını yaradacaqlar.

Sevimli qızını öldürməklə isə gözləyirdilər ki, Duqinə ölümcül zərbə vuracaqlar və o, kədərə qərq olacaq.

Ən təmiz formada bu, siyasi və mənəvi terror aktıdır.

Duqin uzun illər radikal antiliberalizm və siyasi anti-Qərbizmi simvollaşdırıb və intellektual olaraq proqnozlaşdırıb.

Duqin bütün Avropa dillərində sərbəst danışır.

Ona vurulan zərbə həm də Avropa “mühafizəkar inqilabı”nın resursuna və potensialına zərbədir.

Duqin bu dairələrdə şöhrətə və böyük hörmətə malikdir. Mən bunu təkcə benderlərin boynuna yıxmazdım. Əmr daha yuxarıdan gəlib.

Türkiyəyə gəlincə, mən bilirəm ki, bu ölkədə Darya Duqinanın qətli ciddi hakimiyyət səviyyəsində olan xeyli sayda insan tərəfindən şəxsi kədər kimi qəbul edilib.

Aleksandr Duqin Türkiyədə bir çox ziyalılar və siyasətçilər, hərbçilər və mülki şəxslər tərəfindən sevilir və hörmət edilir. O cümlədən, şəxsən Ərdoğan və onun ailə üzvləri tərəfindən.

Əgər bunu Ukrayna xüsusi xidmət orqanları edibsə və sübuta yetirilsə, o zaman Türkiyə-Ukrayna münasibətlərində ciddi çatın əmələ gələcəyi qaçılmazdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top