Şahid Darya Duqinanın ölümü ilə nəticələnən partlayışdan danışdı — VİDEO

DÜNYA 21 avq 2022, 14:30
“Moskva vilayətində Darya Duqinanın içində olduğu avtomobil alovlanandan sonra bir neçə dəfə partlayış səsi eşitdim”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri hadisənin şahidi RT-yə açıqlamasında səsləndirib.


“Partlayış səs eşitdim … 30 saniyədən sonra küçəyə çıxdım və Mojaysk şossesində bir avtomobilin yandığını gördüm. Küçədə dayanarkən daha dörd-beş dəfə partlayış oldu”, deyə o, qeyd edib.

Şahid əlavə edib ki, əməliyyat xidmətləri faciə yerinə 3-4 dəqiqəyə gəldi, yanğın çox tez söndürüldü, hamı cəld işlədi.

Daha əvvəl TASS hüquq-mühafizə orqanlarına istinadən Bolşiye Vyazomı qəsəbəsi yaxınlığında “Toyota Land Cruiser Prado” minik avtomobilinin partlaması barədə məlumat yayıb. Sonradan məlum olub ki, avtomobildə filosof və politoloq Aleksandr Duqinin qızı Darya Duqin olub. O, partlayışda dünyasını dəyişib.

Faktla bağlı İstintaq Komitəsi cinayət işi açıb.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top