Partiya sədri: “Laçından sonrakı hədəf Xankəndi olmalıdır”

GÜNDƏM 20 avq 2022, 16:05
“Ermənistandan Laçına gələn yol bağlanmalıdır. Ümumiyyətlə, sərhəddəki keçid ləğv edilməlidir. Sərhəddə Azərbaycan Ordusu durmalı və Ermənistanla sərhəd nəzarətdə saxlanmalıdır. Bundan dərhal sonra Laçında məskunlaşma həyata keçirilməlidir”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Laçın şəhəri və ətraf kəndlərin Azərbaycan suverenliyinə daxil olduqdan sonra görülməli olan işlərdən danışarkən deyib.

S. Cəlaloğlu hesab edir ki, Laçında məsklunlaşma tez bir zamanda olmalıdır: “Bizim əhalimiz orada olmalı və erməni görməlidir ki, bu qədim Azərbaycan torpağının əsl sahibləri yurdlarına qayıdıblar”.

ADP sədri əlavə edib ki, digər işğaldan azad olunan ərazilərdə də məsklunlaşma tam sürətlə həyata keçirilməlidir: “Buralarda infrastruktur bərpa olunmalı, ərazi minalardan təmizlənməli, müvafiq işlər görülməlidir. Hesab edirəm ki, Laçın rayonunun Azərbaycan suverenliyinə daxil edilməsi bizi həm də son hədəfimizə -Xankəndinə yaxınlaşdırmalıdır. Başqa cür ola bilməz. Burada vacibi odur ki, Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa etməlidir. Digər ölkələr suverenliyini heç kimə güzəştə getmədiyi, separatçı qüvvələri əzdiyi halda biz niyə separatçılara qarşı dözümlü olmalıyıq?”.

S. Cəlaloğlunun fikrincə, Laçın şəhəri də daxil olmaqla bu inzibati rayonda Azərbaycanın suverenliyi tam bərpa edildikdən sonra hədəf Xankəndi şəhərində suverenliyimizin təmin edilməsi olmalıdır: “Xankəndi Azərbaycan dövlətinin ərazisidir. Mütləq Xankəndi əhalisinin pasportlaşdırılması həyata keçirilməlidir. Bizim posportumuzu qəbul edənlər qalmalı, etməyənlər istədikləri ölkəyə getməlidir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top