Nazir tanınmış rektorun oğluna vəzifə verdi

GÜNDƏM 20 avq 2022, 11:58
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini təyin olunub.

Demokrat.az xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə bir müddət əvvəl Abdullayev Mehdi Kamal oğlu layiq görülüb.

M.Abdullayev bu ilin aprel ayından Ədliyyə Nazirliyində çalışmağa başlayıb. O, bir neçə il əvvəl də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib.

Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğludur. M.Abdullayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.(qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top