BMT nümayəndəsi: “Azərbaycanın bu istiqamətdə gördüyü işləri dəstəkləyirik”

XARİCİ SİYASƏT 18 avq 2022, 10:40
"Azərbaycan hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək səylərini alqışlayır və bu istiqamətində gördüyü işləri böyük məmnuniyyətlə dəstəkləyirik".

Demokrat.az xəbər verir ki, BMT İnkişaf Proqramının inkişaf həlləri üzrə rəhbəri Nərgiz Quliyeva həssas qruplara hüquqi yardım və ödənişsiz hüquqi yardım sahəsində mövcud vəziyyət adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əməkdaşlıq uğurun bir hissəsidir:

“BMT İnkişaf Proqramının (BMTİP) “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində hüquqi yardımın göstərilməsi üçün Qadın Resurs Mərkəzlərinin seçilməsi bu yardımdan əhalinin həssas qruplarından olan qadınların da faydalanmasına imkan verir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top