Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib

HADİSƏ 16 avq 2022, 20:42
Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib.

APA xəbər verir ki, bu gün saat 16 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Qullar kənd inzibati ərazisinin yaxınlığından keçən hissəsinin dağətyi ərazisinin 1 saylı dolayında qoz bağında yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan
olmayıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top