“Nikol Paşinyan hakimiyyəti Serj Sarkisyana verəcək” — ŞƏRH

GÜNDƏM 16 avq 2022, 14:53
“Nikol Paşinyanın bir-iki işi qalıb. Onları etdikdən sonra hakimiyyəti onu gətirənlərə, yəni Serj Sarkisyana verəcək”. Bu iddia ilə Ermənistanda fəaliyyət göstərən “Qara Pantera” adlı QHT-nin rəhbəri Serob Qasparyan çıxış edib. Bəs, bu reallaşa bilərmi?

Məsələ ilə bağlı politoloq Fuad Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanı hakimiyyətə gətirən Moskvadır. 

“Nikol Paşinyanı hakimiyyətə gətirən nə Koçaryan, nə də Sarkisyandır.



Bunu dəfələrlə erməni ictimaiyyətində bildirilib, həmçinin Nikol Paşinyana dəstək olan Avropa, ABŞ da bunu dəfələrlə vurğulayıb. Onun üçün bu dəqiqə hər hansı bir QHT rəhbərinin sözünə inanmaq düzgün olmazdı. O ki, qaldı Serj Sarkisyan və Robert Koçaryana, onlar “Qarabağ klanı”dır. Onların geri qayıtmasını bəlkə də Moskva istəyir, amma erməni ictimaiyyəti istəmir. Onların istəməməsini müharibədən sonrakı seçkilər bir daha özünü göstərdi. Bilirsiniz ki, müxalifətin təkidi ilə Ermənistanda seçkilər elan edildi. Amma, bu seçkilərdə müharibəni uduzmasına baxmayaraq Nikol Paşinyan qalib gəldi. Bu isə dünya tarixində nadir görünmüş bir hal idi ki, müharibəni uduzmuş bir lider seçkilərdə yenidən qalib gəlir. Bununla da, erməni ictimaiyyəti bir daha vurğuladı ki, “Qarabağ klanı”nı bir daha hakimiyyətdə görmək istəmirlər. Bunun üçün QHT rəhbəri özünü piyar reklam etmək üçün bu açıqlamanı edəcəyini düşünürəm və hər hansı bir gerçəklə əlaqəsi olmadığını düşünürəm”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top