“Laçında sonradan məskunlaşmış ermənilər buradan birmənalı şəkildə çıxmalıdırlar”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistanın kapitulyasiya aktına imza ataraq öz məğlubiyyətini etiraf etdiyini və üzərinə bir sıra öhdəliklər götürdüyünü vurğulayıb:
“Əlbəttə ki, həmin öhdəliklər mütləq şəkildə yerinə yetirilməlidir. Ermənistan 30 il ərzində heç bir beynəlxalq hüquqa hörmətlə yanaşmadı və elə başa düşürdü ki, belə də gedəcək. Hazırda Laçın, Zabux, Susda ermənilərin çıxma prosesi gedir.

Lakin həmin əraziləri tərk edən ermənilər yenə də evləri yandırır, ekologiyaya, ətrafa ciddi ziyan vururlar. Bütün bunlar ermənilərin ümumən xislətidir. Biz dəfələrlə Qarabağda onların hansı vandanlıqları törətdiklərinin şahidi olduq. Ermənilərin bu əməllərini dünya ictimaiyyəti də gördü. Nəticə etibarilə ermənilər bir daha sübut etdilər ki, həqiqətən də nə 30 il ərzində yaşadıqları evlər, nə də üzərində yaşadıqları torpaq onlara aid deyil. Bu gün Azərbaycanın çox gücü və qüdrəti var. Bu gün dövlətimiz Qarabağda bərpa-quruculuq işlərini həyata keçirir və bundan sonra da keçirəcək. Ancaq ermənilər unutmasınlar ki, onlar oradan mütləq çıxacaqlar. Əgər öz üzərlərinə götürdükləri tələbləri yerinə yetirməsələr “dəmir yumruğu” yenidən görəcəklər. Azərbaycanın öz suveren hüquqlarının qorumalıdır və beynəlxalq hüquq da buna imkan verir”.
Aynurə Pənahqızı
Demokrat.az