Yanvar-iyul aylarında pensiya ödənişlərinin vəsaiti açıqlandı

SOSİAL 16 avq 2022, 10:40
2022-ci ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz (164  mln. manat) çox olmaqla 2 mlrd. 882 mln. manat vəsait yönəldilib.

Demokrat.az xəbər verir ki, pensiyalarda artım dinamikası davam edib: Bu ilin 1 avqust tarixinə pensiyaların orta aylıq məbləği 11,7 faiz artaraq 368 manata, yaşa görə orta aylıq pensiya 11,3 faiz artaraq 399 manata çatıb.

Cari ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb, pensiyaların sığorta hissəsi indeksləşdirilib, habelə pensiyaçılara maddi yardımların ayrılması təmin edilib. 1,2 mln pensiyaçını əhatə edən həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.

Yanvar-iyul aylarında 17,2 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 65,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
 


Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top