İslamiada: Azərbaycan növbəti qızıl medalı qazandı

İDMAN 15 avq 2022, 18:02
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb. 

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən cüdoçu Balabəy Ağayev finalda özbəkistanlı idmançı Kamran Nurullayevə ipponla qalib gəlib. 

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olaraq gümüş medalla kifayətlənib. Eyni çəkidəki Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə Tunis təmsilçisi Umayma Bediuiyə yenilib. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top