Salyanda gənclərin günərzi yay istirahət düşərgəsi təşkil olundu — FOTOLAR

SOSİAL 15 avq 2022, 17:40
Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Salyan rayon Olimpiya İdman Kompleksində açıq havada gənclərin günərzi  yay istirahət düşərgəsi təşkil olunmuşdur. 

Demokrat.az xəbər verir ki, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların hərtərəfli inkişafını təmin etmək məqsədilə təşkil edilən yay istirahət düşərgəsində yeniyetmə və gənclər Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Natiq Həsənzadənin müşayiəti ilə çadır qurdular , müxtəlif əyləncəli oyunlar icra etdilər. 

Sonra musiqi ifa etdilər , rəqs etdilər.  Daha sonra gənclər “İqlim dəyişikliyi və Salyan”, “Robortlaşma və süni zəka”, “Təhsildə gender mövzusunun əhəmiyyəti”, “Şiddətsiz ünsiyyət” və “İnklüziv cəmiyyət” mövzularını komanda halında araşdırıb, təqdimat hazırlayıb və təqdim etdilər.Sonda təqdimatlar ətrafında fikir mübadiləsi aparıldı.



Malik
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top