Messi 17 il sonra ilk dəfə bu siyahıda yer almadı

İDMAN 13 avq 2022, 12:11
Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi 2005-ci ildən bəri ilk dəfə “France Football” jurnalının təqdim etdiyi “Qızıl top” mükafatına namizəd olan 30 futbolçudan ibarət siyahıda yer almayıb.

Demokrat.az xəbər verir ki, siyahı jurnalın rəsmi saytında dərc edilib.

Məlumat üçün bildirək ki, argentinalı superulduz bu mükafatı rekord sayda, 7 dəfə qazanıb.

Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi oktyabrın 17-də Parisdə baş tutacaq.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top