Ötən mövsümün ən yaxşı baş məşqçisi adına NAMİZƏDLƏR

İDMAN 12 avq 2022, 22:01
UEFA ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin yekun siyahısını açıqlayıb.

Demokrat.az
qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 3 mütəxəssis yer alıb. Bunlar İspaniya "Real Madrid"inə rəhbərlik edən Karlo Ançelotti, onun İngiltərənin "Mançester Siti" klubundakı həmkarı Xosep Qvardiola və "Liverpul"un sükanı arxasında olan Yurgen Kloppdur.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top