Attraksionda qəza: 34 nəfər yaralandı

DÜNYA 12 avq 2022, 03:30
Almaniyanın cənubundakı Bavariya federal əyalətində, "Legoland" əyləncə parkında, attraksionda qatar qəzası nəticəsində  34 nəfər yaralanıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Demokrat.az bildirir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

“Voller sahilindəki “Odlu Əjdaha” attraksionunda qatarlardan biri naməlum səbəbdən qəfil əyləci basıb, digəri isə ona çırpılıb”.

Zərərçəkənlərə kömək etmək üçün bütün mövcud qüvvələrdən, o cümlədən üç xilasedici helikopterdən istifadə edilib - deyə məlumatda bildirilir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top