Emindən həyat yoldaşına: "Doğum günün mübarək, məhəbbətim"— FOTO

ŞOU-BİZNES 07 avqust 2022, 16:52
Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə bağlı paylaşım edib.

Demokrat.az 
xəbər verir ki, o qızı və həyat yoldaşı ilə çəkdirdiyi fotonu paylaşaraq onu doğum günü münasibəti ilə təbrik edib.

Emin paylaşımına "Doğum günün mübarək, mənim məhəbbətim" sözlərini əlavə edib.

Cütlüyün sevgi münasibətləri 2016-cı ildə başlasa da onların toyu iki il sonra baş tutub. 
 
Tezliklə Emin və Alyonanın Afina adlı qız dünyaya gəlib.
 
Qeyd edək ki, 2020-ci ilin yazında Emin Ağalarov sosial şəbəkələrdə Qavrilova ilə yollarını ayırdığını elan edib. Daha sonra isə Emin müsahibələrin birində Alyona ilə barışdığını və onunla yenidən bir arada olduğunu açıqlayıb.


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Emin (@eminofficial)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top