Avtomobil qəzası: Ölən və xəsarət alanlar var

HADİSƏ 04 avq 2022, 20:34
Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev dünyasını dəyişib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top