Türkiyə Rusiya bazarını sürətlə ələ keçirir

SİYASƏT 31 iyl 2022, 10:39
Qardaş Türkiyənin bu ilin iyununda keçən ilin iyun ayına nisbətən Rusiyaya mal-məhsul ixracı 46% artaraq 791,5 mln. dollar, iyun ayında may ayına nisbətən ixracın artımı isə 52% olub.

Demokrar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, Türkiyə Qərb ilə Rusiya arasında vacib "pəncərə" rolunu oynayır, həm də Rusiya bazarından çıxan Qərb şirkətlərini uğurla və sürətlə əvəz edir:

“Bu, Türkiyə üçün çox vacib məsələdir və ən maraqlısı budur ki, bu ticarətdən, "pəncərə" rolundan Qərb də məmnundur. Rəsmi Ankaranın sanksiyalara qoşulmamaqla doğru etdiyi sübut olunur, çünki elə Qərb üçün də Rusiya ilə işlək, güvənilən iqtisadi-diplomatik kanalın olması çox vacibdir”.

Ekspert qeyd edib ki, Türkiyədə inflyasiya çox yüksəkdir və ölkəyə xarici valyuta axını hava-su kimi lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top