Deputatlar şəhid atasının yas mərasimində olublar

SOSİAL 30 iyl 2022, 21:50
Bu gün Milli Məclisin deputatları Ziyafət Əsgərov və Rəşad Mahmudov aprel döyüşləri əfsanəsi  şəhid Pəncəli Teymurovun atası Nurməmməd Teymurovun yas mərasimində iştirak etmək üçün Astara rayonunun Əzərut kəndində olublar.

Demokrat.az xəbər verir ki, mərasimdə Astara rayon Yeni Azəraycan Partiya təşkilatının sədri Həbib Cəfərov, Astara rayon İcra Hakimiyyəti başçısının müavini və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
   
Mərasimdə mərhumun həyat yoldaşı şəhid anası Vahimə anaya və doğmalarına başsağlığı verib  övladının vətənin qorunması və işğal altında olan torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıq göstərərək şəhid olduğunu qeyd etmişlər. Mərhumun həyat yoldaşı  deputatlara təşəkkür edərək,  onların və cənab prezidentimizin hər bir məsələdə seçicilərinə xüsusi həssaslıq və qayğı ilə yanaşdığını vurğulamışdır. 

 Allah rəhmət eləsin!

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top