Azərbaycan EYOF-da yeddinci medalını qazandı

İDMAN 29 iyl 2022, 20:24
Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanın daha bir cüdoçusu medal qazanıb.

Demokrat.az
-ın məlumatına görə, +100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl də EYOF-da Azərbaycanın aktivinə medalları cüdoçular qazandırıb. Bununla da Azərbaycanın gənc idmançılarının qazandığı medalların sayı 7-yə (1 qızıl, 4 gümüş və 2 bürünc medal) çatıb. Medal sıralamasında hazırda Azərbaycan 22-ci sıradadır. Yarışa sabah yekun vurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top