Afrikada qazılan yeni su quyusuna “Borçalı” adı verildi — VİDEO

DİASPOR 26 iyl 2022, 16:57
Afrikada qazılan yeni su quyusuna "Borçalı" adı verilib. 

Demokrat.az xəbər verir ki, bu aksiyanın təşəbbüskarı Gürcüstanda yaşayan Minurə Mustafayeva adlı soydaşımız olub.

O, lazım olan vəsaiti toplayaraq, Afrikada susuzluqdan əziyyət çəkən insanlara göndərib. Soydaşımızın təşəbbüsü ilə Afrikada 3 su quyusu açılıb və bu ilin avqustunda 4-cü quyunun da açılması üçün vəsait göndərilib.  

Minurə Mustafayeva bu ilin 2-8 avqust tarixlərində Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək. 

Minurə gördüyü nəcib və humanist işləri barədə Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramına danışıb. Müsahibə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top