Qazilərin təkcə tibbi deyil, həm də sosial reabilitasiyası həyata keçirilir — FOTOLAR

GÜNDƏM 26 iyl 2022, 12:11
Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qazilər arasınd artıq 2-ci futbol yarışı başa çatıb. 

“Aslanlar” və “Canavarlar” qarşılaşmasında “Canavarlar” qalib gəlib. 

Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Reabilitasiya, Keyfiyyətə Nəzarət və Xidmətin Təşkili Departamentinin müdir müavini Zərifə Kamilova Demokrat.az-a müsahibəsində dedi ki, 330 müharibə iştirakçısı yüksək texnologiyalı protezlərlə təmin olunub. Onlardan 200 nəfəri II Qarabağ müharibəsi və ondan sonrakı dövrdə əlillik almış şəxslərdir. Ümumilikdə, post-müharibə dövründə 11 min nəfərə reabilitasiya xidməti göstərilib və müharibə iştirakçılarına 21 min reabilitasiya vasitəsi təqdim olunub. Futbol yarışları isə onların sosial inteqrasiyasına xidmət edən, aktiv həyata adaptasiyalarına kömək edən effektiv üsuldur:
  


“Bu il ərzində nazirlik tərəfindən artıq iki dəfə vətən müharibəsi iştirakçıları arasında amputasiya olunmuş, əzalarını itirmiş və yüksək texnologiyalı protezlərlə təmin olunmuş vətən müharibəsi iştirakçıları arasında futbol yarışı təşkil olunmuşdur, bu yarışların əsas məqsədi odur ki, göstərmək ki, vətən müharibəsi iştirakçıları, müharibə əlilləri protezlərlə təmin olunandan sonra yenidən aktiv həyat tərzinə qayıda bilərlər, həm gündəlik həyat tərzi, eyni zamanda daha aktiv həyat, daha idmanla məşğul ola bilərlər və bu da onların ancaq tibbi tərəfdən yox, eyni zamanda sosial tərəfdən də reabilitasiyası, cəmiyyətə inteqrasiyası deməkdir.”



Gülçin Qorxmaz
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top