Azərbaycan mətbuatının nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər — VİDEO

MEDİA 21 iyl 2022, 11:52
Milli mətbuatımızın 147 illiyi və Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), digər çap və onlayn media orqanlarının nümayəndələri iyulun 21-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Demokrat.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarı önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin xatirəsi ehtiramla yad edilib.





Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top