Hadisə

Polis əməkdaşlarına müqavimət göstərən şəxs həbs edildi

Polis əməkdaşlarına müqavimət göstərən şəxs həbs edildi

Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, o saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib.

Məhkəməninqərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.

Demokrat.az

D
demokrat.az