“Bu, Azərbaycana qarşı ərazi iddiaları anlamına gəlir” — Ədalət Verdiyev

GÜNDƏM 20 iyul 2022, 19:30
Ermənistan Silahlı Qüvvələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə tikinti işləri həyata keçirməyə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sözügedən qanunsuz fəaliyyətin qarşısını almaq məqsədilə  xəbərdarlıq atəşi açıb və bütün qabaqlayıcı tədbirlər görülüb. Bu xüsusda, Rusiya sülhməramlı kontingentinin komandanlığı məsələ ilə bağlı məlumatlandırılıb. 

Məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında bildirib ki, erməni silahlılarının rusların müvəqqəti nəzarətində olan ərazilərdə mövqelər inşa etməsi, bunu Rusiya sülhməramlıların birbaşa gözü qarşısında və onların dəstəyi ilə həyata keçirməsi Azərbaycana qarşı ərazi iddiaları anlamına gəlir. Ekspert hesab edir ki, belə fəaliyyətlər mütləq cəzalandırılmalıdır:

“Rus sülhməramləlarının özlərinə aid olan funksiyaları yerinə yetirməsi faktı ilə ilk dəfə deyil ki, rastlaşırıq. Belə faktların daha əvvəllər də Qarabağın digər ərazilərində biz rastlaşmışdıq. Odur ki, bu faktların qarşısının alınması üçün erməni silahlılarına, həm də onları dəstəkləyən qüvvələrə təsirli və adekvat cavab verməyin vaxtı çoxdan çatmışdır. Hesab edirəm ki, bizə qarşı mövqe inşa edən istənilən erməni silahlısı, istənilən hərbi geyimli və əlində silah tutan şəxs mütləq məhv edilməlidir. Həmin ərazilərdə isə Azərbaycan bayrağı qaldırılmalıdır. Yalnız bundan sonra bəlkə bəzilərinin ağılı başına gələr”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top