“Ermənistan Azərbaycanın tarixi torpaqları olmuş əraziləri də tərk edəcək” — Partiya sədri

SİYASƏT 20 iyl 2022, 15:19
Ermənistan Laçın dəhlizinə alternativ yolun tikintisinə başlayır. Məsələ ondadır ki, Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisi üçün avqust ayında tender elan olunacaq. Bu barədə “Hraparak” nəşri məlumat yayıb. Ancaq Ermənistan yeni yolun açılması ilə bağlı tərəddüdlər edir. Bəs, bu tərəddüdlər nə ilə bağlıdı?

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələdə Ermənistan çəkincəkli mövqe nümayiş etdirir. 

“Birincisi, alternativ yol çəkilməsi ilə Ermənistan Laçın dəhlizi adlandırılan ərazidən çıxmalıdır. Bu ərazidən çıxmaqla, konkret olaraq Laçın şəhəri və Laçının bir çox kəndləri tam olaraq Azərbaycanın nəzarətini keçir. Orada vaxtilə məskunlaşdırılan ermənilər də həmin əraziləri tərk etmək məcburiyyətində qalırlar. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi, Ermənistan onun fərqindədir ki, hazırda dəhliz olaraq fəaliyyət göstərən yol alternativ yol çəkiləndən sonra, əgər Zəngəzurla bağlı, delimitasiya və demarkasiya prosesləri ilə bağlı, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı Azərbaycanın şərtləri yerinə yetirilməyəcəksə, təbii ki, həmin yol artıq dəhliz statusunu itirmiş olacaq. Azərbaycan heç bir halda həmin alternativ yolun dəhliz statusu ilə fəaliyyət göstərməsinə razılıq verməyəcək. Gələcəkdə əslində burada məskunlaşan ermənilər və son 44 günlük müharibədən sonra güclə gətirilərək məskunlaşdırılan ermənilər ya Azərbaycan qanunlarını qəbul edərək qalmalıdırlar, ya da tərk edərək Ermənistana qayıtmalıdırlar. Bu da təbii ki, onsuz da iqtisadiyyatı bərbad olan, siyasi və hərbi cəhətdən köçmüş Ermənistanda çox ciddi fəsadlara səbəb ola bilər”. 
A.Əlizadə qeyd edib ki,  onsuz da hazırki Ermənistan rəhbərliyi Qarabağı Azərbaycana  təhvil verməkdə suçlanılır:

“Əvvəlki erməni rəhbərləri də əslində siyasi mübarizədə necə ki, vaxtilə Qarabağ kartından istifadə edirdilər, hazırki dönəmdə də elə həmin kartdan istifadə etməklə, hazırki hakimiyyəti vurmaq və növbəti dəfə Ermənistanda hakimiyyətə gəlmək siyasəti yürüdürlər. Bu baxımdan da təbii ki, hazırki erməni hakimiyyəti bu məsələdə narahatdır. Bütövlükdə Ermənistan ictimaiyyəti onun da fərqindədir ki, gec-tez  ya Azərbaycanın şərtlərini qəbul etməli, burada yaşayan ermənilər isə Azərbaycan vətəndaşlığını qəbul edərək, Azərbaycan qanunlarına tabe olaraq yaşamalıdırlar və ya ərazini tərk etməlidirlər. Əslində, erməni cəmiyyətində o fikir də hakim fikrə çevrilməkdədir ki, Qarabağdan tamamilə çıxmaqla gələcəkdə Ermənistan vaxtilə Azərbaycanın tarixi torpaqları olmuş əraziləri də zaman-zaman tərk etməli olacaq”. 

Partiya sədrinin sözlərinə görə, bu gün Ermənistan özü də boşalmaqdadır:

“Bilirsiniz ki, demokrafik vəziyyət də çox acınacaqlı durumdadır. 3 milyona yaxın əhalisi olan Ermənistanda bu gün 2 milyona yaxın əhali qalıb, hətta onun 1 milyon 800 min olduğu deyilir və azalmaqda da davam edir. Ermənistanda yaşayan ermənilər də çox gözəl bilirlər ki, hazırda yaşadıqları və qondarma dövlət olan Ermənistan dövləti tarixi türk torpaqlarıdır, Azərbaycana məxsus olan torpaqlarda formalaşıb. Gələcəkdə bu cür geri çəkilmələrlə Ermənistan onun fərqindədir ki, bu ərazilərdə tarixi ədalət bərpa oluanacq. Azərbaycanlılar öz tarixi torpaqlarına qayıdacaqlar. Bütövlükdə məsələnin mahiyyətində dayanan bunlardır. Bunlar 3-5 il bundan sonrakı dönəmi deyil, daha uzaq dönəmi fikirləşərək, bu məsələlərdə müqavimət göstərməyə çalışırlar”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top